Ana Sayfa > Karusel / Dünya > Finlandiya sabah rəsmi olaraq NATO-ya üzv olacaq

Finlandiya sabah rəsmi olaraq NATO-ya üzv olacaq


3-04-2023, 15:50. Yazar: Admin

Finlandiya sabah rəsmi olaraq NATO-ya üzv olacaq

Finlandiya NATO XİN rəhbərlərinin sabah keçiriləcək görüşü zamanı rəsmi olaraq Alyansa üzv olacaq.

Qarabaginfo.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirilən brifinq zamanı deyib.

Stoltenberq qeyd edib ki, sabah NATO ölkələrinin XİN rəhbərlərinin alyansın Brüsseldəki mənzil-qərargahında keçiriləcək görüşündə Finlandiya 31-ci üzv ölkə olaraq NATO-ya qatılacaq və bayrağı NATO qərargahının önündə qaldırılacaq.


Geri dön