Ana Sayfa > Karusel / Dünya > Pakistana "Akıncı" PUA-ları göndərildi

Pakistana "Akıncı" PUA-ları göndərildi


3-04-2023, 14:50. Yazar: Admin

 

Pakistana

Pakistana Türkiyənin "Baykar" şirkəti tərəfindən istehsal edilən "Akıncı" zərbə tipli pilotsuz uçuş aparatları (PUA) tədarük edilib.

 

Qarabaqinfo.az "Hürriyet" qəzetinə istinadən xəbər verir ki, PUA-nın fotoları Pakistan mediasında yayılıb.

 

Qeyd edək ki, Pakistan Türkiyədən 7 ədəd "Akıncı" sifariş edib. Digər PUA-ların daha sonra Pakistana göndəriləcəyi bildirilir.

 

İki mühərrikə malik "Akıncı" PUA-ları Türkiyə ordusu tərəfindən aktiv istifadə edilir. Ümumi çəkisi 1500 kq olan PUA artıq PKK terrorçularına qarşı əməliyyatda tətbiq edilib. modern.az


Geri dön