Ana Sayfa > Karusel / Cəmiyyət > Nazirlik epilepsiyalı uşaqların valideynlərinə müraciət etdi
Nazirlik epilepsiyalı uşaqların valideynlərinə müraciət etdi3-04-2023, 14:44. Yazar: Admin |
Valideynlər ən çox dərmanların nizamlı şəkildə qəbul olunmasına nəzarət etməlidirlər. Tutmaların səbəblərdən biri məhz dərmanın buraxılması və ya özbaşına dayandırılmasıdır. Qarabaqinfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Kamran Salayev deyib.
O bildirib ki, digər vacib amil yuxudur: "Uşaq yetərli qədər yuxu almalıdır, yuxu rejiminə ciddi nəzarət olunmalıdır. Yuxusuz qalan epilepsiya xəstələrində tutma ehtimalı yüksəlir. Televizor, telefon və digər vasitələrdən istifadə nəzarət altında olmalıdır". modern.az Geri dön |