Ana Sayfa > Karusel / Gündəm > Fazil Mustafaya hücum edənlərlə bağlı ŞOK FAKTLAR

Fazil Mustafaya hücum edənlərlə bağlı ŞOK FAKTLAR


3-04-2023, 13:54. Yazar: Admin

 

Fazil Mustafaya hücum edənlərlə bağlı ŞOK FAKTLAR

Milli Məclisin deputatı Fazil Mustafaya qarşı törədilmiş silahlı hücumun təşkilatçısı və iştirakçıları məlum olub.

 

Qarabaqinfo.az xəbər verir ki, deputata yaşadığı evin qarşısında atəş açan şəxsin Şirinov Səbuhi Vəliyəddin oğlu olması müəyyən edilib. O, 1986-cı ildə Ağdam rayonunda anadan olub. Məlumata görə, terror aktının iştirakçısı S.Şirinov şiə məzhəbli radikal dini qrupun üzvlərindən biri olub. O, 2017-2022-ci illər aralığında 15 dəfə İrana səfər edib.

 

Fotoda: Səbuhi Şirinov

 

Səbuhi Şirinov sosial şəbəkə profilində mütəmadi olaraq radikal dini paylaşımlar edib, İslam dininin digər məzhəblərinə qarşı tənqidi fikirlər səsləndirib, hətta Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edib, müsəlmanları İsrail və ABŞ məhsulları almamağa çağırıb. Onun paylaşımlarında İranmeyilli olması açıq-aşkar müşahidə edilir. Belə ki, Səbuhi Şirinovun etdiyi paylaşımlarda İranmeyilli fikirlər yer alıb və İranın ali liderlərindən sitatlar gətirilib.

 

 

Onu da bildirək ki, deputata atəş açan terrorçu İraqda SEPAH generalı Qasım Süleymaninin ABŞ tərəfindən öldürülməsindən bir neçə gün sonra İran səfirliyi qarşısında keçirilən tədbirdə iştirak edib.

 

Hücumun təşkilatçısına gəlincə, onun Səricanov Azər Kamran oğlu olması müəyyən edilib. A.Səricanov 1976-cı ildə Salyan rayonunda anadan olub. O, şiə məzhəbli radikal dini qrup üzvü kimi 2010-2019-cu illər aralığında 11 dəfə İrana səfər edib.

 

Fotoda: Azər Səricanov

 

Azər Səricanov özünün "Youtube" səhifəsində İranın Ali Lideri Xameneiyə simpatiya bəsələyən paylaşımlar edib, çıxışlarında onun fikirlərindən sitatlar gətirib. O, həmçinin paylaşdığı videolarda radikal dini fikirlər də səsləndirib.

 

Deputata qarşı terror aktını törədən dəstənin digər üzvləri isə bunlardır: Əsgərov Elşad Tofiq oğlu 1983-cü ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2013-2018-ci illər aralığında 9 dəfə İrana səfər edib. Əliyarov Emin Rafiq oğlu 1970-ci ildə Bakı şəhərində anadan olub. Şiə məzhəbli dindar şəxsdir, 2004-2015-ci illər aralığında 3 dəfə İrana səfər edib. Digər saxlanılan şəxs İlkin Süleymanov adlı dindardır. Onun Xocəsən ərazisində saxlanıldığı bildirilib.

 

 

Ümumilikdə deputat Fazil Mustafaya qarşı silahlı hücumda şübhəli bilinən 6 nəfər saxlanılıb. Hazırda hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırmalar davam etdirilir. 

 

Qeyd edək ki, martın 28-i axşam saaatlarında Milli Məclisin deputatı Fazil Mustafaya qarşı terror aktı törədilib. Yaşadığı evin qarşısında güllələnən deputat çiyin və ayağından yaralanıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub. modern.az


Geri dön