Ana Sayfa > Karusel / Region > Hayklar Ermənistandan birbaşa Azərbaycana keçən alternativ yolla hərəkətə başladı...-RƏSMİ
Hayklar Ermənistandan birbaşa Azərbaycana keçən alternativ yolla hərəkətə başladı...-RƏSMİ3-04-2023, 13:06. Yazar: Admin |
Azərbaycan dövlətinin Laçının Həkəri çayı üzərində nəzarət-buraxılış məntəqələrini quraşdırması zəruri vəzifə olaraq qalır...
Ermənistanı Xankəndi ilə birləşdirən alternativ yolun Ermənistanın Gorunzur kəndi yaxınlığından keçərək Laçın rayonunun Həkəri çayı üzərindəki körpüyə qədər gələn hissəsindəki asfaltlanma işləri tamamlanıb və artıq yol hərəkət üçün açıqdır.
Qarabaginfo.az xəbər verir ki, bunu Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan “Haykakan Jamanak” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, aprelin 1-dən yol keçişlidir. Artıq həmin hissədən maşınlar Qarabağa doğur maneəsiz hərəkət edir. Yayda yol nişanları da quraşdırılacaq...
Zəruri şərh:
Xatırladaq ki, 2023-cü il aprelin 1-dək ermənilər Qarabağa gediş-gəliş üçün Azərbaycan tərəfindən çəkilmiş və Şuşa rayonunun Kiçik və Böyük Qaladərəsi kəndləri, Laçın rayonunun Qayğı qəsəbəsindən və Həkəri çayı üzərindəki körpüdən keçən alternativ yolla Ermənistanla sərhədədək gəlir və daha sonra rəsmi Bakının müvəqqəti icazəsi ilə yenidən Zabux kəndi yaxınlığında Azərbaycan ərazisindən və Ermənistanın Tex kəndindən keçən yoldan istifadə edirdilər...
Beləliklə, bundan sonra hayklar Ermənistan ərazisindən birbaşa Həkəri çayı üzərindən keçməklə Qarabağ - Xankəndi istiqamətində və geriyə hərəkət edə biləcəklər.
Həkəri çayı üzərində Azərbaycan dövlətinin nəzarət-buraxılış məntəqələrinin quraşdırılması zəruri vəzifə olaraq qalır...
(moderator.az)
Geri dön |