Ana Sayfa > Karusel / Cəmiyyət > Ordumuzun hərbçiləri faciəvi şəkildə öldülər

Ordumuzun hərbçiləri faciəvi şəkildə öldülər


3-04-2023, 12:57. Yazar: Admin

ordumuzun-herbcileri-facievi-sekilde-olduler

Aprelin 2-də saat 21 radələrində Ağcabədi rayonunun Minəxorlu kəndi ərazisində ağır yol qəzası baş verib.

Qarabaginfo.az xəbər verir ki, Fərhad İbrahimli idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı evə çırpıb. Nəticədə avtomobildəki sərnişin, Tovuz rayon Düz Cırdaxan kənd sakini, 1995-ci il təvəllüdlü Emin Nizami oğlu Məmmədov hadisə yerində, sürücü isə xəstəxanada ölüb.

Faktla bağlı Ağcabədi Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, E.Məmmədov Azərbaycan Ordusunun hərbi qulluqçusu olub.

Məlumata görə, sürücü İbrahimli Fərhad Vüqar oğlu da hərbçidir. O, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin giziri olub.

 


Geri dön