Ana Sayfa > Karusel / Siyasət > Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyi istiqamətində atılan addımlar Azərbaycan-İtaliya əməkdaşlığını daha da gücləndirir
Prezident İlham Əliyev: Avropanın enerji təhlükəsizliyi istiqamətində atılan addımlar Azərbaycan-İtaliya əməkdaşlığını daha da gücləndirir3-04-2023, 11:55. Yazar: Admin |
Prezident İlham Əliyev Azərbaycanla İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini bildirib. Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti aprelin 3-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çiriellini qəbulu zamanı deyib. Prezident İlham Əliyev əlaqələrimizin böyük hissəsinin energetika sahəsi ilə bağlı olduğunu deyib, hazırda Avropanın enerji təhlükəsizliyi istiqamətində atılan addımların Azərbaycan-İtaliya əməkdaşlığını daha da gücləndirdiyini vurğulayıb. Dövlət başçısı, eyni zamanda, İtaliyanın Azərbaycanın birinci ticarət tərəfdaşı olduğunu xatırladaraq, ticarət dövriyyəsinin əsas hissəsinin Azərbaycanın neft-qaz ixracını təşkil etdiyini deyib və bu baxımdan əməkdaşlığımızın strukturunun genişləndirilməsi ilə bağlı əlavə addımların atılmasının zəruriliyini qeyd edib. Geri dön |