Ana Sayfa > Karusel / Region > İrandan açıq təhdid: Qisas alınacaq!

İrandan açıq təhdid: Qisas alınacaq!


3-04-2023, 10:24. Yazar: Admin

İrandan açıq təhdid: Qisas alınacaq!

"İsraildən Dəməşq hücumunda öldürülən əsgərlərə görə qisas alınacaq".

Bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani Dəməşq hücumuna qarşı səsləndirdiyi sərt cavabında bildirib.

İran Xarici İşlər Nazirliyinin rəsmi internet saytında dərc olunan açıqlamaya görə, Kenani 31 mart gecəsi İsrailin həyata keçirdiyi hücumda həyatını itirən iranlı əsgərlərlə bağlı açıqlama verib.

Suriyanın paytaxtı Dəməşqə hücumu zamanı İnqilab Keşikçiləri Ordusunun 2 əsgərinin öldürülməsinə reaksiya verərək ölkəsinin qarşılıq verəcəyini deyən Kenani İsrailin Suriyaya qarşı hücumlarının davam etməsini ölkəsinin suverenliyinin və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib və bunun beynəlxalq hüququn pozulması olduğunu bildirib.

Qeyd edək ki, hücum zamanı İnqilab Keşikçiləri Ordusunun üzvləri mayor Milad Haydari və kapitan Mikdad Mehkaninin həyatlarını itiriblər.

Xatırladaq ki, İsrail vətəndaş müharibəsinin başladığı 2011-ci ildən bəri vaxtaşırı Suriyada İranın dəstəklədiyi qruplaşmalara və rejim hərbi məntəqələrinə qarşı hücumlar təşkil edir. (medianews.az)


Geri dön