Ana Sayfa > Karusel / Qarabağ > Ordumuz 1992-ci ildə 5 igidimizin şəhid olduğu Cağazur kəndi yaxınlığındakı postu azad etdi...
Ordumuz 1992-ci ildə 5 igidimizin şəhid olduğu Cağazur kəndi yaxınlığındakı postu azad etdi...1-04-2023, 14:35. Yazar: Admin |
“İnşallah, orada həmin postda şəhid olmuş oğullarımızın xatirə lövhəsi də qoyular. Qoy, ruhları şad olsun!..”
Bu günlər Ermənistan hökuməti və meidası Azərbaycan ordusunun Laçın rayonu ilə sərhəddə - Zabux və Cağazur kəndləri arasındakı ərazidə qanuni sərhəd xəttimizin bərpasını bütün dünyaya bir təcavüz aktı kimi təqdim etməyə çalışır. Halbuki, 31 il öncə məhz bəhs edilən ərazilərdə Ermənistanın terrorçu dəstələri Rusiya ordusunun bilavasitə dəstəyi ilə əsl işğal və qətliamla məşğul idi…
…1992-ci il mayın 14-dən 15-ə keçən gecə Ermənistan ordusu polkovnik Arif Paşanın komandanlıq etdiyi, lakin o vaxtkı Müdafiə Nazirliyinə yerləşmiş “QRU” agentlərinin - Şahin Musayevlərin hazırladığı əmrlə ləğv edilmiş Laçın alayının nəzarətində olan Cağazur kəndi yaxınlığındakı 31 saylı posta gözlənilmədən hücum etdi. Hücum nəticəsində 5 döyüşçümüz şəhid oldu:
Məmmədov Asif Xasay oģlu
Ocaqverdiyev Mehman Isfəndiyar oģlu (Balakən)
Musayev Mayıl Musa oģlu
Hùseynov Əjdər Həsi oglu
Zeynalov Xəqani Xankişi oglu (1958, Laçın)
Allah hər birinə rəhmət eləsin!..
Cağazur kəndi yaxınlığındakı post uğrunda şəhid olmuş oğullarımızın siyahısını bizə onlardan birinin - Asif Xasay oğlu Məmmədovun qardaşı Qalib Məmmədov çatdırıb.
Qeyd edək ki, Qərbi Azərbaycanın Göyçə torpağının oğlu “Göyçə” ləqəbli Asif Məmmədovun döyüş yolu və şəhid olması haqda hələ 2021-ci ilin mayında Moderator.az-da geniş material təqdim etmişdik.
Digər 4 şəhidimiz haqda isə, təəssüf ki, hələlik geniş məlumat əldə edə bilməmişik. Onları tanıyanlardan bizimlə əlaqə saxlamalarını xahiş edirik.
Əldə etdiyimiz məlumata görə, bu günlərdə keçirilən əməliyyat nəticəsində şanlı ordumuz bir güllə də atmadan Cağazur kəndi yaxınlığındakı keçmiş “31-ci post” ərazisini də tam nəzarətə götürüb. İnşallah, orada I Qarabağ savaşında həmin postda şəhid olmuş oğullarımızın xatirə lövhəsi də qoyular. Qoy, ruhları şad olsun!..
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!..
Geri dön |