Ana Sayfa > Karusel / Siyasət > Ayxan Hacızadə iranlı həmkarına cavab verib: Azərbaycana qarşı iddialarla bağlı mövqeyimizi açıqlamışıq

Ayxan Hacızadə iranlı həmkarına cavab verib: Azərbaycana qarşı iddialarla bağlı mövqeyimizi açıqlamışıq


1-04-2023, 12:58. Yazar: Admin

Ayxan Hacızadə iranlı həmkarına cavab verib: Azərbaycana qarşı iddialarla bağlı mövqeyimizi açıqlamışıq

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə iranlı həmkarı Nasir Kənaniyə cavab verib .

Qarabaginfo.az xəbər verir, ki Azərbaycan XİN sözçüsü bu barədə "Twitter" hesabında paylaşım edib. "Azərbaycana qarşı iddialarla bağlı mövqeyimizi açıqlamışıq. Əsas sual budur ki, nə üçün İran Xarici İşlər Nazirliyi normadan və mühakimələrdə rasionallıqdan sistematik yayınma modelinə sadiq qalır? Bu, açıq şəkildə qərəzli yanaşmadır. Həqiqəti bilmək istəyən hər kəs brifinqin videosunu izləyə bilər", paylaşımda deyilir.

Qeyd edək ki, İran XİN sözçüsü "Twitter" hesabında paylaşım edərək, Azərbaycan tərəfinin İran XİN suallarına cavab vermədiyini bildirmişdi


Geri dön