Ana Sayfa > Karusel / Region > Azərbaycanla sərhəddə ermənilər bir-birini GÜLLƏLƏDİ 

Azərbaycanla sərhəddə ermənilər bir-birini GÜLLƏLƏDİ 


1-04-2023, 12:22. Yazar: Admin

Azərbaycanla sərhəddə ermənilər bir-birini GÜLLƏLƏDİ 

 

Ermənistanın cənub-şərq sərhədində hərbçilər arasında atışma olub.

 

Qarabaginfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Hadisə əlverişsiz hava şəraiti səbəbindən erməni hərbçilər arasında anlaşılmazlıq zəminində baş verib. Atışma zamanı Ermənistan ordusunun hərbi qulluqçusu Hraçya Saruxanyan ölüb, daha bir hərbçi isə yaralanıb.

 

İnsidentin başvermə səbəbləri araşdırılır.


Geri dön