Ana Sayfa > Karusel / Siyasət > Məhkəmə-Hüquq Şurası: Son bir ildə 9 hakimin fəaliyyətinə xitam verilib

Məhkəmə-Hüquq Şurası: Son bir ildə 9 hakimin fəaliyyətinə xitam verilib


12-08-2020, 12:22. Yazar: Admin

 

Məhkəmə-Hüquq Şurası: Son bir ildə 9 hakimin fəaliyyətinə xitam verilib

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanın imzalanmasından indiyə qədər ötən müddətdə fəaliyyətində korrupsiya hüquqpozmalarına yol verən və vətəndaşın hüquqlarına süni maneə yaradılması hallarına görə 39 hakim intizam məsuliyyətinə cəlb olunub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Məhkəmə-Hüquq Şurası Aparatının Korrupsiyaya qarşı mübarizə və Məhkəmə monitorinqi sektorunun vəzifəsini icra edən Seyfəlpaşa Əliyev deyib.

O bildirib ki, həmin hakimlərdən 9-nun fəaliyyətinə xitam verilib, 4-ü isə daha aşağı işə keçirilib.


Geri dön