Ana Sayfa > Karusel / Qarabağ > Laçın şəhəri, Zabux və Sus kəndlərində tikinti-quruculuq işlərinə dair son vəziyyət açıqlanıb - FOTO
Laçın şəhəri, Zabux və Sus kəndlərində tikinti-quruculuq işlərinə dair son vəziyyət açıqlanıb - FOTO31-03-2023, 15:18. Yazar: Admin |
Qarabaginfo.az xəbər verir ki, bunu APA-nın Laçına ezam olunan xüsusi müxbirinə açıqlamasında Bakı Abadlıq Xidmətinin memarı Elnur Abdullayev deyib. O bildirib ki, bərpası mümkün olan evlərin tikintisi tamamlanır, dam örtüklərinin vurulması yekunlaşır: “Eyni zamanda, fasad, dekor və interyer işləri paralel olaraq davam etdirilir”. Memarın sözlərinə görə, Laçın şəhərinin içməli su ilə təchiz olunması üçün 9 su anbarı, yağış sularının toplanması üçün 3 anbar və təmizləyici qurğunun tikintisi davam etdirilir. Elnur Abdullayev Laçında sakinlərin iş yerləri ilə təmin olunması üçün müəyyən müəssisələrin – idman sağlamlıq kompleksləri, uşaq bağçaları və digər bu kimi inzibati binaların tikintisinin davam etdirildiyini qeyd edib. O bildirib ki, həmçinin Zabux və Sus kəndlərində də tikinti-quruculuq işləri aparılır. Memar diqqətə çatdırıb ki, kəndlərdən birində 224 ev, digərində isə 73 ev nəzərdə tutulub, amma bu rəqəmlər dəyişə bilər. O əlavə edib ki, evlər müasir standartlara cavab verir. Elnur Abdullayev işğal zamanı Laçın şəhərinin yaşıllıq zonasının ekoloji terrora məruz qaldığı deyib. O bildirib ki, buna baxmayaraq, yaşıllıq zonalarının salınması, ağacların əkilməsi, parkların salınması istiqamətində də işlər görülməkdədir. Geri dön |