Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > “Etiraz aksiyası ilə bağlı məlumat həqiqəti əks etdirmir” –SOCAR AÇIQLAMA YAYDI
Ana Sayfa > Karusel / Gündəm > “Etiraz aksiyası ilə bağlı məlumat həqiqəti əks etdirmir” –SOCAR AÇIQLAMA YAYDI

“Etiraz aksiyası ilə bağlı məlumat həqiqəti əks etdirmir” –SOCAR AÇIQLAMA YAYDI


31-03-2023, 13:35. Yazar: Admin

Heydər Əliyev adına Neft Emalı Zavodunda SOCAR əməkdaşlarının etiraz aksiyası keçirməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə SOCAR-dan bildirilib.

“Neft Emalı Zavodunda (NEZ) SOCAR əməkdaşlarının etiraz aksiyası keçirməsi ilə bağlı yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildiririk. Keçirilən aksiyanın SOCAR ilə əlaqəsi yoxdur, aksiyada iştirak edən əməkdaşlar isə NEZ-in müvafiq layihəsinə subpodratçı qismində cəlb olunan şirkətin əməkdaşlarıdır”, – SOCAR-dan bildirilib.

Xatırladaq ki, ötən gün sosial şəbəkələrdə Bakı Neft Emalı Zavodunda fəhlələrin etiraz aksiyası keçirməsi ilə bağlı məlumatlar yayılıb. Səbəb kimi türkiyəli subpodratçı tərəfindən maaşların gecikdirilməsi göstərilib.


Geri dön