Ana Sayfa > Karusel / Siyasət > Azərbaycanla İtaliya arasında hərbi əlaqələrin gücləndirilməsi müzakirə olunub

Azərbaycanla İtaliya arasında hərbi əlaqələrin gücləndirilməsi müzakirə olunub


31-03-2023, 13:13. Yazar: Admin

Azərbaycanla İtaliya arasında hərbi əlaqələrin gücləndirilməsi müzakirə olunub

İtaliyanın müdafiə naziri Quido Krosetto Azərbaycanın bu ölkədəki səfiri Rəşad Aslanovu qəbul edib.

Qarabaginfo.az xəbər verir ki bu barədə İtaliya Müdafiə Nazirliyi məlumat yayıb.

“Müdafiə, enerji və regional kontekstdə təhlükəsizlik, o cümlədən iki ölkə arasında hərbi, sənaye və siyasi əlaqələrin gücləndirilməsi də daxil olmaqla ümumi maraq doğuran mövzular ətrafında səmimi müzakirə aparılıb”, - İtaliya Müdafiə Nazirliyindən bildirilib.


Geri dön