Ana Sayfa > Karusel / Region > MN-in İran komandirinə cavabında mühüm detal - İlk dəfə

MN-in İran komandirinə cavabında mühüm detal - İlk dəfə


31-03-2023, 09:40. Yazar: Admin

MN-in İran komandirinə cavabında mühüm detal - İlk dəfə

Müdafiə Nazirliyi İran Ordusunun Quru Qoşunlarının komandanı Kiyumərs Heydərinin ittihamlarına cavabında bildirib ki, bu ittihamın məhz terrorizmi dəstəkləyən və adı dünyanın müxtəlif ölkələrində terror əməllərinin törədilməsində keçən dövlətin yüksək çinli hərbçisi tərəfindən irəli sürülməsi istehza və gülünc doğurur.

Qarabaginfo.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı Müdafiə Nazirliyinin İrana verdiyi cavabı şərh edib. 

"Bu, Heydərinin Azərbaycanı 44 günlük müharibədə İŞİD terrorçularını bölgəyə gətirməsinə dair ittihamına cavab olmaqla yanaşı, həm də son hadisələr - səfirliyimizə və deputata hücumla bağlı Tehrana “baş verənlərin arxasında sizin dayandığınızı bilirik” mesajı kimi də qəbul edilə bilər.

Diqqətçəkən məqamlardan biri də Bakının Tehranın “terrorçularla” bağlı ittihamlarına ilk dəfə “terroru dəstəkləyən İrandır” kontekstində cavab verməsidir və bu, Azərbaycan-İran xəttində gərginliyin yeni mərhələdə davam edəcəyindən xəbər verir" - A.Nərimanlı bildirib.(Yenisabah)


Geri dön