Ana Sayfa > Karusel / Siyasət > Ceyhun Bayramov Vətən müharibəsindən sonra regiondakı mövcud vəziyyəti Fələstin Prezidentinə çatdırıb
Ceyhun Bayramov Vətən müharibəsindən sonra regiondakı mövcud vəziyyəti Fələstin Prezidentinə çatdırıb31-03-2023, 09:30. Yazar: Admin |
Ermənistan tərəfindən törədilmiş davamlı təxribatlar, üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsinin bölgədə Azərbaycanın sülh və quruculuq səylərinə maneə olur. Qarabaginfo.az xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramovun Fələstin Prezidenti Mahmud Abbasla görüşündə bildirilib. Nazir Ceyhun Bayramov, həmçinin 44 günlük Vətən müharibəsindən sonra regionda mövcud vəziyyət, post-münaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi, nəqliyyat və kommunikasiyaların açılması, 30 ilə yaxın işğal nəticəsində yurdlarından didərgin düşmüş məcburi köçkünlərin öz torpaqlarına ləyaqətli qayıdışının təmini istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən bərpa və quruculuq işləri barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Geri dön |