Ana Sayfa > Karusel / Region > Əks-hücumu həlledici hesab etsək... - Kulebadan həyəcan təbili

Əks-hücumu həlledici hesab etsək... - Kulebadan həyəcan təbili


30-03-2023, 16:35. Yazar: Admin

Əks-hücumu həlledici hesab etsək... - Kulebadan həyəcan təbili

 

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkəsinin gözlənilən əks-hücumunundan danışıb.

 

Qarabaginfo.az "Strana" nəşrinə istinadən xəbər verir ki, o, əks-hücumu müharibənin həlledici anı hesab etməməyə çağırıb.

 

"Biz əks-hücumun müharibənin həlledici döyüşü kimi qəbul edilməsinə hər cür müqavimət göstərməliyik", - nazir bildirib.

 

Kuleba bunu ehtiyat etməsi ilə əlaqələndirib: "Əks-hücum Ukraynanın bütün ərazisinin azad edilməsinə gətirib çıxarmasa, Qərbdə Kiyevi Moskvaya güzəştə getməyə sövq edən qüvvələrin mövqeyini gücləndirəcək".

 

“Onlar (kompromis mövqeyinin tərəfdarları – red.) hər yerdə var: Vaşinqtonda, Berlində, Parisdə, Londonda. Onlar Minsk-3 sazişi ruhunda nəsə etməyə çalışacaqlar”, - XİN başçısı vurğulayıb.(modern.az)


Geri dön