Ana Sayfa > Karusel / Cəmiyyət > Dövlət Komitəsinin sədri: Məscidlərdə çalışan imamların 100 faizə qədəri Azərbaycan vətəndaşıdır
Dövlət Komitəsinin sədri: Məscidlərdə çalışan imamların 100 faizə qədəri Azərbaycan vətəndaşıdır30-03-2023, 16:16. Yazar: Admin |
Hazırda məscidlərdə çalışan imamların 100 faizə qədəri Azərbaycan vətəndaşıdır. Qarabaginfo.az xəbər verir ki, bunu bü gün Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin “Azərbaycanda dövlət-din münasibətləri: real durum və perspektivlər” mövzusunda iclasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. Mübariz Qurbanlı deyib ki, vaxtilə Bakı İslam Universitetində təhsilin pullu olması kadr məsələsində problem yaradıb, buna görə xaricdə dini təhsilə yönələnlərin sayı çox olub: “Əgər Bakı İslam Universitetində dini təhsil dövlət tərəfindən dəstəklənsəydi, belə axın olmazdı”. Dövlət Komitəsinin sədri hazırda bu sahədə problemlərin aradan qaldırıldığını söyləyib. Geri dön |