Ana Sayfa > Karusel / Region > Zalujnıdan Qərbə ÇAĞIRIŞ: Bizə F-16 verin!

Zalujnıdan Qərbə ÇAĞIRIŞ: Bizə F-16 verin!


30-03-2023, 15:12. Yazar: Admin

Zalujnıdan Qərbə ÇAĞIRIŞ: Bizə F-16 verin!

 

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı müttəfiq dövlətləri Ukraynaya F-16 verməyə çağırıb.

 Qarabaginfo.az "Unian"a istinadən xəbər verir ki, o, Hərbi Hava Qüvvələrinin köhnəlmiş sovet texnikasında döyüşməsinin çətin olduğunu bildirib və bu barədə video yayımlayıb.

 

Görüntülərdə Ukrayna hərbçiləri qeyd edib ki, indi istifadə etdikləri MiQ-lərin NATO standartlarında təkmilləşdirilməsinə və alyansın silahlarından istifadə etmələrinə baxmayaraq, F-16-lara hələ də böyük ehtiyac var.

 

"F-16-lar döyüş tapşırıqlarını daha səmərəli və daha yaxşı yerinə yetirəcək. Bundan əlavə, pilotlar bu tip qırıcılarda məşq etməyə çox həvəslidirlər", - deyə bildirilib.


Geri dön