Ana Sayfa > Karusel / Region > Türkiyə müxalifəti vahid namizədlə bağlı razılığa gələ bilmədi- Kritik görüş nəticəsiz qaldı

Türkiyə müxalifəti vahid namizədlə bağlı razılığa gələ bilmədi- Kritik görüş nəticəsiz qaldı


30-03-2023, 14:38. Yazar: Admin

Türkiyə müxalifəti prezident seçkilərində vahid namizədlə bağlı razılığa gələ bilməyib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti yazıb.

Məlumata görə, “Memleket” partiyasının lideri Məhərrəm İncə prezident seçkilərində Kamal Kılıçdaroğlunun xeyrinə namizədliyini geri götürməkdən imtina edib.

Dünən partiya liderləri bir araya gələrək müzakirə aparıblar. Bir saatdan çox davam edən kritik görüşdən sonra açıqlama verən Kılıçdaroğlu vahid namizədlə bağlı razılaşmaya dair hər hansı fikir səsləndirməyib. Sadəcə bildirib ki, Məhərrəm İncə də Türkiyənin problemlərinə onun qədər həssas yanaşır.

“Problemləri müzakirə etmək və həll yollarını tapmaq mənim və cənab İncənin borcudur”, – Kılıçdaroğlu deyib.

Prezident seşkilərindən namizədliyini geri götürmədiyini deyən İncə bildirib ki, Kılıçdaroğlu ilə eyni şeyə, lakin fərqli üsullarla nail olmaq istəyirlər.

“Biz bir məsələdə razılaşdıq ki, Ərdoğan getməlidir”, – İncə vurğulayıb.

Türkiyədə seçkilər 2023-cü il mayın 14-də keçiriləcək.


Geri dön