Ana Sayfa > Karusel / Dünya > Amerikalı jurnalist casusluq ittihamı ilə həbs olundu

Amerikalı jurnalist casusluq ittihamı ilə həbs olundu


30-03-2023, 12:28. Yazar: Admin

Amerikalı jurnalist casusluq ittihamı ilə həbs olundu

ABŞ-ın "Wall Street Journal" nəşrinin jurnalisti Evan Gerşkoviç Rusiyanın Yekaterinburq şəhərində saxlanılıb.

Qarabaginfo.az xəbər verir ki, o, casusluqda şübhəli bilinir.

BU barədə FSB-nin (Federal Təhlükəsizlik Xidməti) İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.

FSB-nin məlumatına görə, E. Gerşkoviç “Amerika tərəfinin göstərişi əsasında hərəkət edərək, Rusiya hərbi sənaye kompleksinin müəssisələrindən birinin fəaliyyəti ilə bağlı dövlət sirri təşkil edən məlumatlar toplayıb”.

Rusiya FSB-nin İstintaq İdarəsi ABŞ vətəndaşına qarşı Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) ilə cinayət işi açılıb. Jurnalisti 20 ilə qədər həbs gözləyir.


Geri dön