Ana Sayfa > Karusel / Sosial > Dövlət agentliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Dövlət agentliyi hava şəraiti ilə bağlı xəbərdarlıq edib


30-03-2023, 12:17. Yazar: Admin

Martın 30-u gündüzdən başlayaraq ölkə ərazisində havanın kəskin dəyişməsi ilə bağlı Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi tərəfindən Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq olunub.

Dövlət Dəniz və Liman Agentliyindən bildirilib ki, gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri müvafiq işlərin görülməsi istiqamətində təlimatlandırılıblar. Lövbərdə duran, hərəkətdə olan gəmilərə üç dildə Azərbaycan, rus, ingilis dillərində rabitə əlaqəsi vasitəsilə məlumatlar ötürülüb. Dənizdə neft-qaz platformalarının aid olduğu qurumlar da hadisə ilə bağlı məlumatlandırılıb.

Aprelin 2-dək davam edəcək həmin günlər ərzində Xəzər Dəniz Akvatoriyasında şimal-qərb, şimal küləyinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-4 m, sonrakı inkişafda 5.5-7.5 metr çatacağı proqnozlaşdırılır.

Hazırda Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi tərəfindən Gəmilərin Hərəkətinin İdarəetmə Xidmətinin cavabdehlik ərazisində mövcud olan bütün texniki vasitələrlə müşahidənin gücləndirilməsi və gəmilərin hərəkətinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində fasiləsiz xidmət həyata keçirilir.


Geri dön