Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanın cari əməliyyatlar balansının qalığı rekord səviyyəyə çatıb

Azərbaycanın cari əməliyyatlar balansının qalığı rekord səviyyəyə çatıb


30-03-2023, 11:27. Yazar: Admin

Azərbaycanın cari əməliyyatlar balansının qalığı rekord səviyyəyə çatıb - YENİLƏNİB

2022-ci ildə Azərbaycanın cari əməliyyatlar balansında (CƏB) 23,5 milyard ABŞ dolları məbləğində qalıq yaranıb.

Qarabaginfo.az xəbər verir ki, bu, 2021-ci illə müqayisədə 2,8 dəfə çoxdur.

Belə ki, 2021-ci ildə cari əməliyyatlar balansının qalığı 8,3 milyard dollar təşkil edib.

Ümumi qalıq xarici ticarət balansındakı 27359,4 milyon dollarlıq qalıq (2,4 dəfə çox), xidmətlər balansındakı 1 359,7 milyon dollarlıq kəsir (38 % az), ilkin gəlirlər balansındakı 5 487 milyon dollarlıq kəsir (4,1 dəfə çox) və təkrar gəlirlər balansındakı 2 965,4 milyon dollarlıq qalıq (6,4 dəfə çox) hesabına formalaşıb.


Geri dön