Ana Sayfa > Karusel / Siyasət > Finlandiya bu həftə NATO üzvü ola bilər - Prezident açıqladı

Finlandiya bu həftə NATO üzvü ola bilər - Prezident açıqladı


30-03-2023, 10:55. Yazar: Admin

Finlandiya bu həftə NATO üzvü ola bilər - Prezident açıqladı

 

Finlandiya bu həftənin sonuna kimi NATO-ya üzv ola bilər.

 

Qarabaginfo.az NEXTA-ya istinadən xəbər verir ki, bunu ölkə prezidenti Sauli Niinistö deyib.

 

Onun sözlərinə görə, ölkənin NATO-ya daxil olması ilə bağlı protokolu yalnız Türkiyə ratifikasiya etməlidir. Bu gün Türkiyə parlamentində bu məsələ ilə bağlı səsvermənin keçiriləcəyi gözlənilir.

 

Qeyd edək ki, bundan əvvəl protokolun ratifikasiyasının təsdiq edilməsi haqqında qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop tərəfindən imzalanıb. Sənəd Türkiyə parlamentinin Xarici Əlaqələr Komitəsinə göndərilib.


Geri dön