Ana Sayfa > Karusel / Siyasət > “Biz İrana qarşı birgə hərəkət etməliyik” –İsrail XİN başçısının Ceyhun Bayramovla birgə brifinqi

“Biz İrana qarşı birgə hərəkət etməliyik” –İsrail XİN başçısının Ceyhun Bayramovla birgə brifinqi


29-03-2023, 12:40. Yazar: Admin

İran regional təhdiddir.

Bunu İsrail xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.

“Azərbaycan və İsrail İranın təhdidini bölüşür. İran regionumuzu təhdid edir, terrora dəstək verməklə, maliyyələşdirməklə Yaxın Şərqdə qeyri-stabillik yaradır. Biz İrana qarşı birgə hərəkət etməliyik. İranın nüvə imkanlarını genişləndirməsinə imkan verməməliyik”, – nazir qeyd edib. 

 

Azərbaycan Prezidentinə İsraildə səfirliyin açılması qərarına görə təşəkkür edirəm”-  İsrail xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra mətbuata birgə bəyanatla çıxışı zamanı bildirib.

“Azərbaycan səfiri bir neçə gün öncə etimadnaməsini Prezident Hersoqa təqdim etdi və artıq rəsmi şəkildə fəaliyyətə başladı. Mən əminəm ki, səfirliyin açılması qərarı iki ölkənin hökumətləri və xalqları arasında münasibətlərin dərinləşməsinə töhfə verəcək”, – İsrail XİN rəhbəri qeyd edib.

 

“Azərbaycan İsrailin strateji tərəfdaşıdır”.

Bunu İsrail xarici işlər naziri Eli Kohen azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

Nazir bildirib ki, İsraildə Azərbaycan səfirliyinin açılması qərarı iki ölkə arasında strateji münasibətlərin dərinliyini göstərir.

“30 il ərzində biz dərin münasibətlərdən həzz almışıq”, – Eli Kohen qeyd edib.(APA)


Geri dön