Ana Sayfa > Karusel / Kriminal > Bakıda əfqan qız özünü “zapravka”da yandırmaq istədi

Bakıda əfqan qız özünü “zapravka”da yandırmaq istədi


29-03-2023, 12:29. Yazar: Admin

bakida-efqan-qiz-ozunu-zapravkada-yandirmaq-istedi

Bakıda əcnəbi ölkə vətəndaşı intihara cəhd edib.

Qarabaginfo.az xəbər verir ki, hadisə Xətai rayonu, Ramiz Quliyev küçəsində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib. Əfqanıstan vətəndaşı olan 1994-cü il təvəllüdlü Z.Qulami üzərinə benzin tökərək özünü yandırmaq istəyib. Onun intihar cəhdinin qarşısı ərazidəki polis əməkdaşları tərəfindən alınıb.

Z.Qulami izahatının alınması məqsədilə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön