Ana Sayfa > Karusel / Multimedia > Süni intellekt 300 milyon insanı işsiz QOYACAQ
Süni intellekt 300 milyon insanı işsiz QOYACAQ29-03-2023, 11:52. Yazar: Admin |
Süni intellekt (və ya süni zəka) dünyada 300 milyon işçini əvəz edə bilər.
Qarabaginfo.az xəbər verir ki, bu barədə "Goldman Sachs" investisiya bankının hesabatında bildirilib.
Hesabata görə, süni intellekt ABŞ və Avropada iş yerlərinin dörddə birinin yox olmasına səbəb ola bilər.
Buna baxmayaraq, texnologiya məhsuldarlığı artıra bilər. Hesabatda qeyd olunub ki, süni intellekt sayəsində illik qlobal xidmət və istehsal 7 faiz böyüyə bilər.
Bildirilib ki, süni intellektin təsirinə məruz qalacaq iş yerlərinin 46 faizi inzibati, 44 faizi hüquqi, 6 faizi tikinti, 4 faizi isə texniki xidmət və təmir sektorundadır.(Modern.az) Geri dön |