Ana Sayfa > Karusel / Gündəm > “Deyir ki, oruc tutmuşam, müəllimə zəng elə, dərsə getməyim...”

“Deyir ki, oruc tutmuşam, müəllimə zəng elə, dərsə getməyim...”


29-03-2023, 11:08. Yazar: Admin

“Deyir ki, oruc tutmuşam, müəllimə zəng elə, dərsə getməyim...”

İslam dininin beş fərzindən biri olan oruc tutma böyüklər üçün riayət edilməsi gərəkən qayda olsa da, azyaşlı uşaqlar da bəzən oruc tutmaq istəyirlər. 

Onlar ailələrində və ətraflarında gördükləri bu dini vacibata maraq göstərib sahur və iftara hazırlıq vaxtı xoş təlaşa qapılaraq oruc tutmaq, böyükləri yamsılamaq istəyirlər. 

Lakin artıq sosial şəbəkələrdə bəzi məktəb müəllimlərinin gileyinə rast gəlmək olur. Onlar qeyd edirlər ki, bəzi valideynlər zəng vuraraq övladlarının oruc tutduğunu, dərsə gəlməyəcəklərini deyirlər.

Bəs görəsən, ibtidai sinif şagirdlərinə oruc tutmaq vacibdirmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan ilahiyyatçı Elşad Miri bildirib ki, uşaqların həvəslərini qırmadan, ancaq sağlamlıqlarını qoruyaraq orucun nə olduğunu izah etmək və oruc tutmalarına icazə vermək daha sağlam davranış biçimidir: 

“İslamda elə bir qadağa yoxdur ki, o yaşda uşaqlara oruc tutmağa icazə verilməsin. Oruc tutan uşağa qadağa qoymaq olmaz ki, sən tutma. Sadəcə olaraq bəzi yerlərdə uşaqlar oruc tutanda ona günortaya qədər ac qalmağa icazə verirlər. Bunu uşağı öyrəşdirməkdən ötrü edirlər, hər gün saatları bir az artırırlar. Və yaxud azyaşlı uşağa oruc tutduğu üçün hədiyyə verirlər. Bu cür metoddan dünyanın müxtəlif yerlərində istifadə olunur. Məsələn, bizdə də böyük oğlum 7-ci sinifdə oxuyur və özü oruc tutmaq istəyir, 3 ildir də öz istəyi ilə tutur. Özünün xəbəri olmadan bir dəfə ona atası olaraq buna görə hədiyyə almışdım. Bu da uşaq üçün bir motivasiya, həvəsləndirmədir. Yoxsa “Mama”, oruc tutmuşam, müəllimə zəng elə, dərsə getməyim” fikri ilə uşağın bunu etməsi doğru deyil. Bu, reklam xarakterli olmamalıdır, valideynlər məsələnin mahiyyətini övladlarına başa salmalıdırlar. Yoxsa hər dəfə uşağa görə kiməsə zəng vurmaq heç düzgün yanaşma deyil”.

"Oruc tutan şəxsin yanında yemək yemək günahdır?" sualını cavablayan ilahiyyatçı qeyd edib ki, bunu dini format olaraq təqdim etməyin özü çox yanlışdır: 

“İslamda belə bir qadağa yoxdur, bu, sadəcə etik davranış deyil. Məsələn, ola bilər ki, mənim yanımda outran şəxs səfərdədir və yemək yeyir. Mən durub ona yeyə bilməzsən deyə bilmərəm. Oruc mənimlə Allah arasında olan məsələdir, bunu niyə ictimaiyyətə nümaytiş etdirməli, reklam xarakterli təqdimat etməliyəm? Bəlkə kimsə şəkər xəstəsidir, yaxud həmin anda müəyyən xəstəliklə mübarizə aparır? Bunu problem halına gətirmək lazım deyil. Kimsə oruc tutmursa, bu onun öz işidir”.(yenisabah)


Geri dön