Prezident İlham Əliyevin sərəncamı ilə Məsim Əhməd oğlu Məmmədov Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.
Bu təyinatadək M.Məmmədov iqtisadiyyat naziri Mikayıl Cabbarovun müşaviri vəzifəsini tutub.
Məsim Məmmədov Xankəndində təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri olub. Bu vəzifədə Xocalıda erməni nümayəndələri ilə danışıqlar aparıb.