Ana Sayfa > Karusel / Səhiyyə > Koordinasiya Mərkəzi: Süni tənəffüs aparatı olan reanimasiyalarda beyin ölümü diaqnozu qoyulmalıdır
Koordinasiya Mərkəzi: Süni tənəffüs aparatı olan reanimasiyalarda beyin ölümü diaqnozu qoyulmalıdır28-03-2023, 15:13. Yazar: Admin |
Kadavradan orqan götürülməsi üçün müraciətlər olmalıdır, biz onları qeydiyyata almalıyıq. Qarabaginfo.az xəbər verir ki, bunu Apa-ya müsahibəsində Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova bildirib. Onun sözlərinə görə, Bakıda və eləcə də regionlarımızdakı süni tənəffüs aparatı olan reanimasiyalarda beyin ölümü diaqnozu qoyulmalıdır: “2018-ci ildən Səhiyyə Nazirliyinin kollegiyasının qərarı ilə beyin ölümü diaqnozunun qoyulmasına dair kriteriyalar var. Biz də bununla bağlı işlər aparırıq. Beyin ölümü diaqnozu qoyulmalı, xəstənin yaxınına xəbər verilməli, bundan sonra bizim koordinator onlarla danışmalı, icazə almalıdır. Yenə qeyd edirəm, əgər vəfat edən şəxs ölümündən sonra orqanlarını bağışlamaq üçün müraciət edənlər siyahısındadırsa, ailəsindən icazə almağa ehtiyac yoxdur, yox əgər belə bir müraciəti olmayıbsa, o zaman ailənin razılığı alınmalıdır. Ailə razılıq verdiyi təqdirdə, orqanları götürülməli, əks təqdirdə isə meyit süni tənəffüs aparatından ayrılmalı və ailəsinə təhvil verilməlidir”. Beyin ölümü diaqnozunu həkim-reanimatoloq təsdiq edir. Eyni zamanda, həkim-nevropatoloq və ya neyrocərrah ikisi birlikdə sənədi imzalamalı və təsdiqləməlidirlər. Hazırda xəstənin yüz faiz beyin ölümü keçirdiyini təsdiq edən instrumental müayinə metodları var. Əgər klinik təsdiq edilibsə və bir instrumental metodla (beyinin ultrasəs və ya kompüter tomoqrafiyası) beyinə qan getmədiyi dəqiqləşirsə, vəfat edənin beyin ölümü keçirdiyini deyə bilərik. Bu zaman xəstə yaxınlarının beyin ölümü diqanozu ilə bağlı hansısa şübhəsi qalmamalıdır”. Yeganə Abbasova qeyd edib ki, beyin ölümü diaqnozu qoymaq istədiyimiz xəstədə qlasko-koma şkalası üzrə göstərici 3 olmalıdır, yəni heç bir həyat əlamətləri olmamalıdır: “Çünki koma və beyin ölümü fərqli şeylərdir. Komaya düşmüş xəstə bir il sonra ayıla bilər. Həmin xəstə nəfəs alır, amma beyin ölümü xəstəsi nəfəs ala bilmir, onun ruhu çıxıb və o aparatda olsa belə, iki sutkadan sonra vəfat edir. Belə vəziyyətdə orqanların götürülməsi prosesini uzatmaq olmaz. Həmin meyiti maksimum 2 sutka saxlamaq mümkündür. Hələ ki, bizim həkimlər vəfat edənlərə belə bir diaqnoz qoymurlar. Reanimasiyada beyin ölümü halları olur, təsdiqlənir, lakin hələ ki diaqnoz olaraq yazılmır. Biz bunun da təbliğatını aparırıq, həkimlər arasında maarifləndirmə işləri görürük”. Geri dön |