Ana Sayfa > Karusel / Hadisə > Bakıda yaşayış binası yandı - Ölən var

Bakıda yaşayış binası yandı - Ölən var


28-03-2023, 13:10. Yazar: Admin

 

Bakıda yaşayış binası yandı - Ölən var

Bakının Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 78 m² olan 3 otaqlı mənzilin 1 otağında 1 ədəd divan və 1 ədəd kreslo qismən yanıb.

 

Bu barədə Qarabaqinfo.az -a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. modern.az


Geri dön