Ana Sayfa > Karusel / Hadisə > Novruz tətili günlərində yol qəzalarında ölənlərin sayı açıqlanıb

Novruz tətili günlərində yol qəzalarında ölənlərin sayı açıqlanıb


27-03-2023, 10:24. Yazar: Admin

 

Balakəndə ağır avtoqəza zamanı ölənlərin adları məlum oldu - Yenilənib

Novruz tətili günlərində Azərbaycanda yol qəzalarında 7 nəfər ölüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev bildirib.

O qeyd edib ki, martın 20-dən 25-dək avtomobil yollarında ölümlə nəticələnən 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 7 nəfər ölüb.

"Yol-nəqliyyat hadisələrinin növünə gəldikdə isə 3-ü piyadavurma, 2-si maneəvurma və 2-i aşmadır. Ötən il Novruz tətili günlərində 14 nəfər yol qəzasında ölmüşdü, bu il isə 7 nəfər vəfat edib. Bu da 50 faiz azalma deməkdir", - DYP rəsmisi vurğulayıb.


Geri dön