Ana Sayfa > Karusel / Hadisə > Sərnişin qatar yoluna düşdü - Metroda qorxulu anlar

Sərnişin qatar yoluna düşdü - Metroda qorxulu anlar


25-03-2023, 14:47. Yazar: Admin

 

Sərnişin qatar yoluna düşdü - Metroda qorxulu anlar

 

"Memar Əcəmi" stansiyasında kişi sərnişin qatar yoluna düşüb. Stansiyaya daxil olan maşinist dərhal reaksiya verərək, qatarı saxlayıb.

 

Bu barədə Qarabaqinfo.az"Bakı Metropoliteni" QSC-dən məlumat verib.

 

Bildirilib ki, stansiya yolunda olan sərnişinin ayağı zədələnib: "Dərhal aidiyyəti üzrə tədbirlər görülüb, sərnişin qaydalara müvafiq olaraq stansiya yolundan çıxarılıb. Ona ilkin yardım göstərilib, təcili tibbi yardım çağırılıb. Aidiyyəti üzrə araşdırma aparılır və digər tədbirlər görülür".

 

Məlumatda qeyd olunub ki, "Yaşıl xətt" üzrə intervaldan əlavə 10 dəqiqə yubanma yaranıb. modern.az


Geri dön