Ana Sayfa > Karusel / Gündəm > Ramazan süfrəsinin əsas qidaları

Ramazan süfrəsinin əsas qidaları


25-03-2023, 12:44. Yazar: Admin

 

Ramazan süfrəsinin əsas qidaları

Ramazanda düzgün qidalanma qaydalarına xüsusi diqqət yetirmək lazımdır. Qida rasionu elə tərtib edilməlidir ki, imsakdan iftara qədər aclıq və susuzluq hissi narahatlıq yaratmasın. Xüsusilə imsakda mümkün qədər tərkibində maye olan yeməklərin qəbulu artırılmalıdır.

 

Qarabaqinfo.az xəbər verir ki, həkim-diyetoloq Əfsanə Cabbarova imsakda qəbul edilməli qidalar barədə deyib: “İmsakda düzgün qidalanaraq gün ərzində həm su, həm də enerji balansını qorumaq lazımdır. İmsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verilməsi tövsiyə olunur. Həzm problemi yaşamamaq, həmçinin qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan çox istifadə edilməlidir. İmsakda yulaf, süd məhsulları və yumurtadan hazırlanan qidalardan istifadə edilməsi toxluq hissinin uzadılmasına səbəb olur”.

 

Oruc tutarkən orqanizmin aclığa olan müqavimətinin artırılması və bədənin enerji dəyərinin yüksək saxlanılmasına çalışmaq lazımdır. İftarda isə daha çox yüngül qidalara üstünlük verilməlidir. Tərkibində duz, istiotlu və ədviyyatlı məhsulların istifadəsi mümkün qədər azaldılmalı, vitaminli, mineralların bol olduğu qidalar isə artırılmalıdır.

 

Həkim-diyetoloq Sevinc Həsənzadə iftarda qidalanma qaydaları barədə deyib: “İftarda yeməklər iki hissəyə bölünür. İlk növbədə sulu yeməyə üstünlük verilməlidir. Əsas yeməyə keçərkən salatlardan çox istifadə edilməlidir, çünki göyərtilərin tərkibində liflər var. Liflər əti ən tez həzm edən və parçalayan məhsul sayılır. Suyu isə əsas yeməkdən sonra, gün ərzində hər 1 saatdan bir içmək lazımdır ki, gecəyə doğru onun miqdarı bədəndə bərpa olunsun”.

 

İftarda mədəni çox yükləmək olmaz, eyni zamanda iftardan sonra mütləq şəkildə ən azı 1 saat hərəkətdə olmaq, yüngül idman hərəkətləri etmək və gəzintiyə çıxmaq lazımdır ki, bu da həzm prosesinin sürtətlənməsi, yorğunluq hissinin aradan qaldırılması, xüsusilə də yuxu rejiminin normallaşması üçün vacibdir. modern.az


Geri dön