Ana Sayfa > Karusel / Gündəm > Oqtay Əliyevlə vida mərasimi keçirilir

Oqtay Əliyevlə vida mərasimi keçirilir


23-03-2023, 11:19. Yazar: Admin

Oqtay Əliyevlə vida mərasimi keçirilir

Xəbər verdiyimiz kimi, ötən gün əməkdar mədəniyyət işçisi, rejissor, prodüser Oqtay Əliyev avtomobil qəzasında həlak olub.

 

Qarabaqinfo.az xəbər verir ki, hazırda mərhumla yaşadığı evdə vida mərasimi keçirilir.

 

Vida mərasimində Azərbaycan televiziyasının məşhur simaları, mədəniyyət xadimləri iştirak edirlər.

 

Xatırladaq ki, Oqtay Əliyevin qəzaya düşdüyü maşında onun xanımı, Əməkdart artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki də olub.

 

Qeyd edək ki, Oqtay Vidadi oğlu Əliyev 1968-ci ildə İrəvan şəhərində Xalq artistləri Vidadi Əliyev və Elmira İsmayılovanın ailəsində anadan olub. O, 1998-ci ildə "SOY" prodakşn şirkətini təsis edib, qurumun prezidenti olub. Bir sıra festivalların qalibi olan rejissor “Əməkdar mədəniyyət işçisi” fəxri adına (2020), “Humay” milli mükafatına və s. təltiflərə layiq görülüb.


Geri dön