Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyevin nəşi ailəsinə təhvil verilib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Oqtay Əliyev sabah Mehdiabadda babasının yanında dəfn ediləcək.
Xatırladaq ki, qəzada xəsarət alan əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki yaralanıb.
Onların müalicəsi Sumqayıt Tibb Mərkəzində davam edir.