Ana Sayfa > Karusel / Qarabağ > Daşnaklar Xankəndində Azərbaycan dövlətçiliyi əleyhinə növbəti mitinq keçirdi...-FOTOLAR

Daşnaklar Xankəndində Azərbaycan dövlətçiliyi əleyhinə növbəti mitinq keçirdi...-FOTOLAR


22-03-2023, 10:50. Yazar: Admin
Daşnaklar Xankəndində Azərbaycan dövlətçiliyi əleyhinə növbəti mitinq keçirdi...-FOTOLAR

Martın 21-də Azərbaycan Respublikasının Rusiyanın nəzarəti altında qalan Xankəndi şəhərində "Daşnaksütyun" partiyasının Qarabağ filialının gənclər təşkilatının və qanunsuz qeyri-hökumət qurumlarının təşkilatçılığıyla müstəqil(!) dövlətimizin suverenliyi və ərazi bütövlüyünü təhdid edən növbəti mitinq keçirilib.

Moderator.az xəbər verir ki, bu haqda separatçı nəşrlər və  erməni teleqram-kanalları məlumat yayıb.

"Artsax 100 gün blokadada" adlı mitinqdə iştirakçıların sayı çox olmasa da, Azərbaycana qarşı haqsız ittiham və böhtanlar səslənib. Çıxış edənlər "yeganə nicat yolunun" 1988-1991-ci illərdə olduğu kimi, müqavimət və mübarizə olduğunu" bildiriblər.

Xatırladaq ki, ötən ilin dekabrın 12-də başlayan Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz  aksiyası 1001-cü gündür, fasiləsiz olaraq davam edir.

Bu müddət ərzində eko-fəallar yolun hər iki tərəfində hərəkətə heç bir maneə törətmədən sivil şəkildə öz tələblərini irəli sürür və dünya ictimaiyyətinə çağırışlar edirlər.

Gün ərzində yoldan Rusiya sülhməramlılarına və ya Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus onlarla avtomobil keçid edir və dinc aksiyanın iştirakçıları həmin avtomobillərin maneəsiz hərəkətinə tam şərait yaradırlar.

Eko-fəallar bununla da dünya ictimaiyyətinə çatdırırlar ki, yol, aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır və yolun guya bağlandığını iddia edən erməni mətbuatının yaydığı informasiyalar saxta və əsassızdır.


Geri dön