Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Qubada polis “Prado“ ilə piyadanı vurub öldürdü
Ana Sayfa > Karusel / Hadisə > Qubada polis “Prado“ ilə piyadanı vurub öldürdü

Qubada polis “Prado“ ilə piyadanı vurub öldürdü


21-03-2023, 14:19. Yazar: Admin

Qubada polis “Prado“ ilə piyadanı vurub öldürdü

Qubada polis əməkdaşının avtomobillə vurduğu 82 yaşlı kişi 5 gün sonra ölüb. 

Qarabaginfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Alekseyevka kəndi ərazisində baş verib. 

1992-ci il təvəllüdlü, əvvəllər Quba RPŞ-nin Dövlət Yol Polis Bölməsinin Yol Patrul Xidmətinin polis nəfəri vəzifəsində işləmiş Heydərov Firuz Abdulla oğlu martın 15-də idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobillə 1941-ci il təvəllüdlü Babəliyev Hacıağa Mərdəli oğlunu vurub. 

Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, ötən gün ölüb. 

Faktla bağlı cinayət işi başlanıb. 


Geri dön