Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / İdman > Çempionlar Liqasında “Beşiktaş”ın rəqibi bəlli olub
Çempionlar Liqasında “Beşiktaş”ın rəqibi bəlli olub10-08-2020, 14:36. Yazar: Admin |
![]() Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü atılıb. Qarabaginfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 13 cüt müəyyənləşib. Bunlardan 10-u Çempionlar yolunda üz-üzə gələcək. I təsnifat mərhələsinin 17 cütü və həmin raunddan azad olan 3 komanda qüvvəsini sınayacaq. Azərbaycan çempionu “Qarabağ”ın Şimali Makedoniya təmsilçisi “Sileks”lə cütünün mümkün rəqibi də bəlli olub. Ağdamlılar turu adlasa, “Şerif” (Moldova)/"Fola" (Lüksemburq) cütünün qalibi ilə evdə görüşəcək. Liqa yolunda 3 cüt müəyyənləşib. Avrokuboklara bu mərhələdən başlayacaq 6 komanda sırasında yer alan Türkiyə “Beşiktaş”ı PAOK (Yunanıstan) ilə üz-üzə gələcək. İstanbul təmsilçisi rəqibi ilə səfərdə qarşılaşacaq. Qeyd edək ki, II təsnifat mərhələsinin matçları avqustun 25-26-da keçiriləcək. Çempionlar Liqası Liqa yolu Geri dön |