Ana Sayfa > Karusel / Kriminal > Bakıda polis tapança ilə gəzən şəxsi tutdu 

Bakıda polis tapança ilə gəzən şəxsi tutdu 


21-03-2023, 12:06. Yazar: Admin

Bakıda polis tapança ilə gəzən şəxsi tutdu 

Bakıda polis tapança ilə gəzən şəxsi tutub. 

Bu barədə Qarabaginfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. 

Qeyd olunub ki, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş S.İbrahimov saxlanılıb. 

Üzərinə baxış zamanı ondan 1 ədəd nömrəsi silinmiş “Makarov” markalı tapança, 3 ədəd patron və 7 qrama yaxın metamfetamin aşkar olunaraq götürülüb. 


Geri dön