Ana Sayfa > Karusel / Region > Azərbaycan Ordusu bu istiqamətdə irəliləyir - İrəvan təşvişdə

Azərbaycan Ordusu bu istiqamətdə irəliləyir - İrəvan təşvişdə


20-03-2023, 14:25. Yazar: Admin

 

Azərbaycan Ordusu bu istiqamətdə irəliləyir - İrəvan təşvişdə

 

Azərbaycan Ordusunun ölkə sərhədləri daxilində hərəkəti Ermənistanda böyük təşviş yaradıb.

Qarabaginfo.az Publika.az-a istinadən xəbər verir ki, Ordunun plana uyğun yerdəyişmələri Ermənistanda panikaya səbəb olub. Ermənistan mətbuatı iddia edir ki, Azərbaycan ordusu bu ölkənin sərhədlərinə doğru irəliləyir.

Erməni mətbuatından sitat: “Ötən gün sosial şəbəkədə Azərbaycan ordusunun texnika karvanının Gəncə bölgəsindən Ermənistanla sərhəd istiqamətində hərəkəti ilə bağlı görüntülər yayılıb. Karvan E60 şosesi ilə Göygöl rayonu istiqamətinə gedir".

Yazıda qeyd edilir ki, şəxsi heyət və ya hərbi yük daşıyan karvan Basarkeçər (Vardenis) istiqamətində Ermənistanla sərhədə doğru hərəkət edir.

Erməni mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Novruz təbrikində dediklərini xatırladaraq isterikaya düşür:

“Ermənistan sülhün bərqərar olması üçün Azərbaycan hakimiyyətinin şərtlərini qəbul etməlidir”.

Çox maraqlıdır ki, Ermənistan mediası belə durumda ümidi İranda görür:

“İran mediası və İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı kanallar Qarabağ məsələsinin güc yolu ilə həllinə cəhdin İranın dərhal reaksiyasına səbəb olacağını bir daha qeyd ediblər”.

 


Geri dön