Rusiya prezidenti Vladimir Putin ruslara xaricdəki onlayn mağazalarda şəxsiyyətlərini təsdiq etmədən 15 min rubla qədər alış-veriş etməyə icazə verən qanun imzalayıb.
Qarabaginfo.az xəbər verir ki, sənəd hüquqi informasiyanın rəsmi portalında dərc olunub.
Əvvəllər bu qayda yalnız Rusiyada qeydiyyatdan keçmiş onlayn mağazalara şamil edilirdi.
Tam identifikasiya bank filialında pasport məlumatlarının təqdim edilməsini və onların təsdiqini tələb edir. İndi xarici mağazalarda 15 min rubla qədər onlayn alış-veriş üçün nə tam, nə də sadələşdirilmiş identifikasiya tələb olunacaq.(Azpost.info)