“Son həftələr Rusiya şirkətləri qazaxıstanlı tərəfdaşlarından Qərbin sanksiyalarından yan keçmək və lazımi malların idxalına köməklik göstərmələrini daha fəal şəkildə xahiş edirlər”.
Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.
Agentliyin iki həmsöhbəti marağın artmasını Ankaranın sanksiyaya məruz qalan malların tranzitini dayandırmaq planları ilə bağlı xəbərlərlə əlaqələndirir. Satıcılar və alıcılar üçüncü ölkələr vasitəsilə kompleks təchizat zəncirləri şəbəkəsi yaradaraq məhdudiyyətlərdən yan keçir və bu baxımdan Türkiyəyə çox etibar edirdilər.
Mənbələr bildirir ki, Qazaxıstanın Rusiya ilə quru sərhədindən malların çatdırılması üçün Rusiyadan kömək üçün müraciətlər artıb. Məsələn, bir qazaxstanlı sahibkar “Reuters”ə deyib ki, Avstraliyadan bir yük maşını ilə nadir metalların daşınmasına kömək etmək üçün ona 1 milyon dollar təklif edilib.
Qazaxıstan hökuməti agentliyin məsələ ilə bağlı sorğusuna cavab verməyib.
“Reuters” qeyd edir ki, Moskva Astananın ən böyük ticarət tərəfdaşı olaraq qalır. Qazaxıstandan ixracın həcmi ötən il 9 milyard dollara yaxın olub.
(Azpost.info)