Ana Sayfa > Karusel / Siyasət > İƏT-in Nazirlər Şurası dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb

İƏT-in Nazirlər Şurası dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb


18-03-2023, 11:51. Yazar: Admin

İƏT-in Nazirlər Şurası dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb

16-17 mart 2023-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində 49-cu sessiyasında “1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı qətnamədə qəbul edilib.

Bu barədə Qarabaginfo.az-a XİN-dən bildirilib.

Qətnamədə 26 fevral 1992-ci il tarixində Xocalıda Azərbaycan mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğın pislənilir, dünya birliyi bu qırğını soyqırımı, insanlıq əleyhinə cinayət və müharibə cinayəti olaraq qəbul edilməyə çağırılır və “Xocalıya ədalət” ictimai kampaniyasına dəstək ifadə olunur.


Geri dön