Ana Sayfa > Karusel / İqtisadiyyat > YAP-ın gəlirləri 4 dəfə ARTIB

YAP-ın gəlirləri 4 dəfə ARTIB


17-03-2023, 17:15. Yazar: Admin

 

YAP-ın gəlirləri 4 dəfə ARTIB

 

Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası (YAP) 2022-ci ili 10,916 milyon manat mənfəətlə başa vurub.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Partiyanın maliyyə hesabatında qeyd olunub.

 

Bildirilir ki, bu, 2021-ci ilə nisbətən 4,35 dəfə çoxdur. Ötən il YAP-ın gəlirləri 26,794 milyon manat (əvvəlki illə müqayisədə 2 dəfə çox), o cümlədən üzvlük haqlarından gəlirləri 22,978 milyon manat (2,1 dəfə çox), əmlakından gəlirləri 242 min manat (10,5 % çox), tədbirlərdən, mətbu nəşrlərin və məqalələrin yayılmasından, buna bənzər digər fəaliyyətlərdən gəlirləri 337 min manat (əvvəlki il olmayıb), ianələrdən gəlirləri 8 min manat (əvvəlki il olmayıb), dövlət büdcəsindən ayrılmış vəsait hesabına gəlirləri 2,403 milyon manat (27,3 % çox), digər gəlirləri isə 826 min manat (35,9 dəfə çox) təşkil edib.

 

Hesabat dövründə Partiyanın xərcləri isə 15,878 milyon manat ( 49,1 % çox), o cümlədən cari xərcləri 1,5 milyon manat (3 dəfə çox), saxlanma və informasiya təminatı xərcləri 13,606 milyon manat (48 % çox), aşağı təşkilatlara ödəncləri 1 min manat (əvvəlki il olmayıb), fərdi xərcləri 135 min manat (2,6 dəfə çox), sair xərcləri isə 636 min manat (30,2 % az) olub.

 

Bu il yanvarın 1-nə YAP-ın aktivləri 40,636 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 37 % çoxdur. Hesabat dövründə Partiyanın öhdəlikləri 66,2 % artaraq 128 min manata, balans kapitalı isə 36,9 % artaraq 40,508 milyon manata çatıb. modern.az


Geri dön