Ana Sayfa > Karusel / İdman > Azərbaycan İrəvanda keçiriləcək yarışda iştirak edə bilər

Azərbaycan İrəvanda keçiriləcək yarışda iştirak edə bilər


17-03-2023, 17:03. Yazar: Admin

 

Azərbaycan İrəvanda keçiriləcək yarışda iştirak edə bilər

 

Azərbaycan İrəvanda keçiriləcək ağır atletika üzrə Avropa çempionatında iştirak edəcək.

 

Qarabaqinfo.az xəbər verir ki, bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan məlumat verib.

 

Onun sözlərinə görə, Azərbaycan 5 idmançı ilə iştirak edəcək.

 

"Martın son üç günündə iştirak üçün qeydiyyatdan keçmiş ölkələr Avropa Federasiyasına pul köçürmələri etməlidirlər. Əgər onlar qeydiyyatı tamamlayıb pulu köçürsələr, yekun təklif olacaq və Azərbaycan millisi bu çempionatda iştirak edəcək”,- deyə erməni nazir müavini bildirib. modern.az


Geri dön