Ana Sayfa > Karusel / Kriminal > Toy karvanında avtoxuliqanlıq edən 9 nəfər saxlanıldı

Toy karvanında avtoxuliqanlıq edən 9 nəfər saxlanıldı


17-03-2023, 16:43. Yazar: Admin

 

Toy karvanında avtoxuliqanlıq edən 9 nəfər saxlanıldı

 

Ağdamda toy karvanında avtoxuliqanlıq edən 9 nəfər məsuliyyətə cəlb edilib.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Qarabaqinfo.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində toy karvanında avtoxuliqanlıq edən 9 nəfər müəyyən edilərək şöbəyə gətirilib.

 

Onların idarə etdiyi avtomobillər müvəqqəti duracağa yerləşdirilib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun protokollar tərtib edilərək baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib. modern.az


Geri dön