Ana Sayfa > Karusel / Gündəm > Ötən il cəzalandırılan uşaqların sayı açıqlandı
Ötən il cəzalandırılan uşaqların sayı açıqlandı17-03-2023, 14:40. Yazar: Admin |
Ötən il Azərbaycanda cəzalandırılan uşaqların sayı açıqlanıb. Qarabaqinfo.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.
Bildirilib ki, valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda müxtəlif qanun pozuntularına yol verdikləri üçün polis orqanlarına, xüsusi qəbul, saxlama və təcridetmə mərkəzlərinə 4805, o cümlədən avaralıq və dilənçiliklə məşğul olan 685 azyaşlı gətirilib.
Məlumata görə, onların biri haqqında qanunauyğun tədbirlər görülüb. Həmin şəxslərdən 258-i polisdə profilaktiki qeydiyyata götürülüb, şəhər, rayon icra hakimiyyətləri yanında yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi komissiyalara 352 material göndərilib. Geri dön |