Ana Sayfa > Karusel / Cəmiyyət > Ötən il sərhəddə 771 nəfər arzuolunmaz şəxs qismində saxlanılaraq geri qaytarılıb

Ötən il sərhəddə 771 nəfər arzuolunmaz şəxs qismində saxlanılaraq geri qaytarılıb


17-03-2023, 11:31. Yazar: Admin

Ötən il sərhəddə 771 nəfər arzuolunmaz şəxs qismində saxlanılaraq geri qaytarılıb

Dövlət sərhədini keçməyə hüquq verən sənədləri olmayan 62 min nəfər barəsində müvafiq qərarlar verilib.

Qarabaginfo.az xəbər verir ki, bu, “Nazirlər Kabinetinin 2022-ci ildə fəaliyyəti haqqında hesabat”da əksini tapıb.

Sənəddə qeyd edilib ki, xaricolma faktı ilə bağlı 935 nəfər və ekstradisiya faktı ilə bağlı 73 nəfər qeydə alınıb.

Xarici ölkələrdən Azərbaycana gəlmək istəyən 375 halda 771 nəfər arzuolunmaz şəxs qismində saxlanılaraq geri qaytarılıb.

Ölkədən çıxışlarına dair məlumatın olmadığı 235 nəfər və digər səbəblərdən 15 nəfər şübhəli şəxs qismində saxlanılıb.


Geri dön